15 sentyabr 2012 21:05
Böyük oyundan sonra yenə dava düşdü
Futbol üzrə Azərbaycan Premyer Liqasının 5-ci turunun “Neftçi” – “Xəzər Lənkəran” matçından sonra dava düşüb. Azerisport.az xəbər verir ki, oyundan sonra iki komandanın azarkeş qrupları arasında gərginlik yaranıb.
İlkin məlumatlara görə, “Xəzər Lənkəran” azarkeşlərindən biri “Neftçi”nin bayrağını yandırıb. “Neftçi” azarkeşləri buna etiraz edəndə yaranan gərginliyə polis müdaxilə edib. Onlar adətləri üzrə azarkeşləri döyməyə başlayıb. Bu zaman bir qrup azarkeşin həbs olunaraq polis şöbəsinə aparıldığı bildirilir.
