15 sentyabr 2012 21:11
“Heç-heçə daha ədalətli nəticə olardı”
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Premyer Liqanın 5-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyun boyu taktiki baxımdan yaxşı oynadıq. Rəqiblə bərabər səviyyədə oynadıq. Hücumda problemlərimiz var idı. İlk beş dəqiqədə buraxdığımız qol oyunumuza təsir etdi. Heç-heçə oyunun ədalətli nəticəsi olardı”.
