15 sentyabr 2012 00:06
“Komandamda çatışmazlıqlar var”
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 5-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Tovuz təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqib güclü komanda idi. Ona görə də əks hücumda oynayırdıq. “Bakı” isə 3 xal üçün oynayırdı. Biz də buna görə rəqibi əks hücumda yaxalamaq istəyirdik. Komandamda müəyyən çatışmazlıqlar var. Futbolçularıma əzmkarlıq göstərdiklərinə görə təşəkkür edirəm. İlk hissədə daha təcrübəli Hafiz Əliyevi meydançaya buraxdım ki, topu daha çox saxlaya bilək”.
