15 sentyabr 2012 00:18
Azərbaycan DÇ-2012 üçün heyətini açıqladı
Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığmasının ölkəmizdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Sissi Rayt mundial üçün 21 futbolçu sifariş edib.
Onlardan üçü qapıçı, səkkizi müdafiəçi, yeddisi yarımmüdafiəçi, üçü isə hücumçudu. Almaniyalı mütəxəssisin xidmətindən yararlanmaq istədiyi futbolçuların tam siyahısı isə belədi:
Qapıçılar: 1. Aytac Şərifova (BTİ), 12. Gunay İsmayılova (Fidan), 21. Hulya Cin (1817 Mainz, Almaniya);
Müdafiəçilər: 2. Jalə Məhsimova (Şahdağ), 4. Ləman Bağırova (Sumqayıt), 5. Nərgiz Ömərova (Fidan), 7. Əminə Heydərova (Fidan), 11. Şəfəq Nəsirova (Sumqayıt), 14. Süheyla İltər (Grün-Weiss Neukölln, Almaniya), 17. Olya Şioşvili (Sumqayıt), 15. Kamilla Məmmədova (BTİ);
Yarımmüdafiəçilər: 3. Jalə Məmmədova (Fidan), 6. Maya Danqadze (Qax), 9. Sevinc Qurbanova (Nykoping, İsveç), 10. Nigar Cəlilli (Fidan), 13. Aysun Əliyeva (BTİ), 18. Leyla Solmaz (Stuttgart, Almaniya), 20. Sabrina Ronaqi (Wacker München, Almaniya);
Hücumçular: 8. Aliyə Vəliyeva (BTİ), 16. Melis Sarıaltın (Koeln, Almaniya), 19. Susən Mənsimova (BTİ).
Qeyd edək ki, yığmamız DÇ-2012-nin qrup mərhələsində Kolumbiya, Kanada və Nigeriya ilə mübarizə aparacaq.
Digər komandaların heyəti ilə bu linkdə tanış ola bilərsiz (http://www.fifadata.com/document/FU17W/2012/txt/FU17W_2012_SquadLists.txt).
