17 sentyabr 2012 00:00

Türkiyədə Azərbaycan derbisi: Rail sevindi, Cavid üzüldü (YENİLƏNİB)

Bu gün futbol üzrə Türkiyə PTT Liqasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu turda qardaş ölkə çempionatında çıxış edən iki futbolçumuzun komandaları üz-üzə gəlib.

Belə ki, Cavid Hüseynovun şərəfini qoruduğu “Adana Demirspor” səfərdə Rail Məlikovlu “Denizlispor”un qonağı olub. Qeyd edək ki, bu oyuna qədər Rail hələ yeni klubunda debüt edə bilməmişdi. Amma Cavid komandasının əvvəlki hər iki görüşündə meydana çıxmışdı. Elə onların klubları da fərqli nəticələr qazanmışdılar. “Adana Demirspor” hər iki görüşdə heç-heçəyə razılaşdığı halda, “Denizlispor” bir oyunda uduzub, digərində qalib gəlmişdi.
 
Futbolçularımızın komandalarının öz aralarındakı görüşündə isə "Denizlispor" qalib gəlib. Sevindirici məqamdı ki, bu oyunda hər iki futbolçumuz ilk dəqiqələrdən mübarizə aparmaq şansı qazanıblar. Qeyd edək ki, Rail 2, Cavid isə 25 nömrə altında çıxış edib. Özü də maraqlıdı ki, Cavid həmişəki kimi yarımmüdafiənin sağında oynasa da, Rail adət etdiyimiz müdafiənin sağ cinahında yox, mərkəzində yer alıb.
 
“Adana Demirspor” hazırda 2 xalla 18 komanda arasında 13-cü yerdədi. “Denizlispor” isə 6 xalla 5-cidi.

Türkiyə PTT birinci liqası
3-cü tur
16 sentyabr
 
Denizlispor - Adana Demirspor - 2:0 (1:0)
Qollar: Y.Arslan, 7, C.Erdem, 61.
 
Oyun başladı
Standart vəziyyət zamanı meydan sahibləri hesabı açırlar - 1:0
32-ci dəqiqədə Cavid hesabı bərabərləşdirməyə yaxın olsa da, zərbəsini qapıçı tutur
Qeyd edək ki, baş məşqçisi Raili müdafiənin cinahında yox, mərkəzində oynadır
Məlikovun komandası 61-ci dəqiqədə gözəl qola sevinir
Matçın 72-ci dəqiqəsində Cavidi komanda yoldaşı Erçağ Evirgen əvəzləyir
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.