16 sentyabr 2012 19:24
Yığmamızın forvardı oynamadı, komandası xal itirdi (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu Türkiyənin “Erciyesspor” klubu növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası PTT birinci liqanın 3-cü turu çərçivəsində “1461 Trabzon” klubu ilə qarşılaşıb.
Oyun doğma divarlar arasında keçirilirdi. Ona görə də Kayseri klubu mütləq növbəti qələbəsini qazanmağı hədəfləmişdi. Amma "Erciyesspor" bu dəfə evdə xal itkisi ilə üzləşib. Komanda qolsuz heç-heçəyə razılaşmalı olub.
Bu görüşdə Cihanın da forma geyməsi istisna deyildi. Lakin baş məşqçi Osman Özköylü sona qədər yığmamızın forvardını ehtiyatda saxlayıb.
Qeyd edək ki, Özkaranın komandası üç oyuna 7 xalla dördüncü yerdə gedir.
PTT birinci liqası
3-cü tur
16 sentyabr
Erciyesspor - 1461 Trabzon - 0:0
