16 sentyabr 2012 00:49
Eder Bonfim: Neftçiyə məğlub olmağımız çox üzücüdü
“Xəzər Lənkəran”ın müdafiəçisi Eder Bonfim Premyer Liqanın 5-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 1:2 hesabıyla uduzduqları görüşlə bağlı bunları dilə gətirib:
“Mən məğlubiyyətə görə qapıçımız Orxan Sadıqlının günahlandırılmasının əleyhinəyəm. Bu futboldu və səhvlər mümkündü. Hücum keyfiyyətimizi yaxşılaşdırmalıyıq. Qol vəziyyətlərini boşa verməməyə çalışmalıyıq. Əlbəttə, prinsipial rəqibə uduzmaq çox üzücüdü. Amma nə etmək olar? Bu oyuna unudub qarşıdakı görüşlərimizə hazırlaşmalıyıq”.
