16 sentyabr 2012 13:24

“Neftçi Rubinlə Partizanı Bakıda məğlub edə bilər”

“Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Abdullayev azerisport.az saytına müsahibəsində Premyer Liqanın 5-ci turunun “Kəpəz”lə oyunundakı məğlubiyyətdən (0:1), eləcə də “Neftçi”nin Avropa Liqasındakı şanslarından danışıb.
 
- “Kəpəz”lə oyunda hadisələrin bu cür cərəyan edəcəyini gözləyirdiniz?
- Nəticə çox gözlənilməz alındı. Biz ən azı bir xal qazanmalıydıq. Komanda qələbə üçün çıxsa da, heç nəyə nail ola bilmədik.

- Buna nə mane oldu ki?
- Niyə belə olduğunu mən də bilmirəm. Özüm bu oyunda iştirak edə bilmirdim. Çünki oyun öncəsi zədə almışdım. Kobud səhv nəticəsində qol buraxdıq. Çox acı məğlubiyyətdi.

- “Neftçi”nin keçmiş futbolçusu kimi bu komandanın Avropa Liqasındakı uğurunu necə qarşıladınız?
- Onların bu uğuru məni çox sevindirdi. Hər halda “Neftçi”də az oynamamışam. Mənim üçün doğma komandadı. “Neftçi”nin çempionluğunda da az güc sərf etməmişəm. Uşaqları təbrik etdim. Neçə il birgə çıxış etdiyimiz futbolçulardı. Düzünü deyim ki, onların bu uğurunu görəndən sonra “Qəbələ”nin də belə nailiyyətlər qazanmasını arzulayıram. “Neftçi” göstərdi ki, bizim klublar buna qadirdilər.
 
- “Neftçi”dən qrup mərhələsində nə gözləyirsiz?
- Əgər “Neftçi” APOEL-ə qarşı sərgilədiyi oyunu digər rəqibləri ilə görüşlərdə də nümayiş etdirə bilsə, uğur qazanması mümkündü. Məsələn, “Rubin”lə “Partizan”ı Bakıda məğlub etmək olar.
 
- Sizcə, digər klublarımız “Neftçi”nin uğurunu təkrarlaya biləcək?
- Avrokuboklar ərəfəsində heyəti dəyişdirməmək çox vacib amildi. Digər klublarımız da qarşılarına qrup mərhələsinə vəsiqə qazanmaq hədəfini qoymalıdılar. “Qəbələ” hələ avrokuboklarda oynamayıb. Ona görə də avrokuboklara vəsiqə qazansaq, böyük uğur olardı. Hələ bir neçə mərhələ keçməyi demirəm.

- Hədəfiniz avrokuboklara vəsiqə qazanmaqdı?
- Bunu Premyer Liqa başlayandan qarşımıza hədəf qoymuşuq.

- “Qəbələ” azarkeşləri hələ əvvəlki Rəşad Abdullayevi görə bilməyiblər...
- Düzünü desəm, həmin Rəşad hələ yoxdu. Son iki mövsüm mənim üçün daha yaxşı alınmışdı. Qollar, qol epizodları daha çox olurdu. Məni də başa düşmək olar. Çünki bu, mənim “Qəbələ”dəki ilk mövsümümdü. Düşünürəm ki, zamanla mənim də oyunum yaxşılaşacaq və qollar vuracağam.
 
- “Neftçi”də həm də ona görə sizə asan idi ki, komanda güclüydü...
- “Qəbələ” də zəif deyil. “Neftçi”nin əsas üstünlüyü odu ki, komanda üzvləri uzun müddətdi bir yerdə çıxış edir. Burda isə hər şey yeni qurulur. Zamanla hər şey daha yaxşı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.