16 sentyabr 2012 01:16
Neftçinin rəqibi baş məşqçisini dəyişə bilər
İtaliyanın “İnter” klubu baş məşqçisini dəyişə bilər. Azerisport.az xəbər verir ki, Milan təmsilçisini Dieqo Simeone əvəzləyə bilər.
Qeyd edək ki “İnter”i hazırda Andrea Stramaççoni çalışdırır. Lakin onun rəhbərliyi altında komanda o qədər də sabit çıxışı ilə seçilmir. Bu üzdən də rəhbərliyin ona əvəzləyici kimi Simeoneni gördüyü bildirilir. Mümkündü ki, İspaniyanın “Atletico” klubunun çalışdırıcısı tezliklə Milana köçsün.
Qeyd edək ki, “İnter” Avropa Liqasında Azərbaycan çempionu “Neftçi”nin rəqibidi.
