16 sentyabr 2012 01:24

Oceana: Futbol ozunə inam və hörmət hissini artırır

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də Fan Zonanın açılışı ilə əlaqədar olaraq Bakıdakı konsert proqramında çıxış etmək üçün şəhərimizə təşrif buyuran dünyaşöhrətli pop ulduz Oceana YTK-nın Media və Kommunikasiya departamentinə eksklüziv müsahibə verərək çempionat, konsert proqramı və ölkəmiz haqqında ümumi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Fan Zona sentyabrın 15-dən çempionatın son gününə yəni, oktyabrın 13-nə qədər hər gün səhər 12-dən axşam saat 10-dək yerli əhaliyə əyləncə dolu günlər və əsl çempionat atmosferi yaşatmaq məqsədilə fəaliyyət göstərəcək.
 
Oceana artıq bütün dünyada futbola dəstəyi və sevgisi ilə tanınan bir pop ulduzdu. Müğənni Bakıdakı çıxışını və insanların reaksiyasını səbirsizliklə gözlədiyini bildirib və Azərbaycana ilk səfəri barədə təəssüratlarını bölüşüb:
 
“Bu mənim Azərbaycana ilk səfərimdi və burada çıxış etməkdən çox məmnunam. Bakı heyrətamiz şəhərdir. İnsanlar çox mehriban, gülərüz və səmimi, şəhərin arxitekturası isə sadəcə möhtəşəmdir. Adımdan göründüyü kimi mən dəniz sahilini xoşlayıram, buna görə də dənizkənarı parkınızı çox sevdim”.
 
Fan Zonada təşkil olunacaq konsertdəki çıxışı ilə bağlı sualı cavablandıran müğənni belə bir fikir söyləyib: “Mən bu konsertdə çıxış edəcəyimə görə qurur duyuram. Çünki futbol da musiqi kimi bütün dünyadakı insanları bir araya gətirmək, onlara sevinc dolu anlar bəxş etmək üçün ən gözəl vasitələrdən biridir. Məhz, buna görə futbolu və musiqini çox sevirəm, həm də onlar bir-birinə çox yaraşır”.
 
“İdman, xüsusən də futbol insanın özünə hörmət və inam hissini artıran bir şeydir. Buna görə, düşünürəm ki, idman qadınlar üçün çox əhəmiyyətlidir”.
 
Futbol aləminə yeni – yeni qədəm qoymağa başlayan və idmanı gələcək karyerasının əsas hissəsinə çevirmək istəyən gənc futbolçulara səslənən Okeana bildirib: “Bir müğənni kimi sənətim və ona olan sevgim barədə deyə bilərəm ki, mən hər bir çıxışımda ifama ürəyimi və ruhumu verirəm. İdman üçün də qərarlı və israrlı olmaq, ondan zövq almağa çalışmaq çox mühüm amildir.
 
Mənim fikrimcə, qadınlar idman aləmində çox uğurla çıxış edirlər. Olimpiya oyunlarını izləyərkən də onların möhtəşəm performansının şahidi oldum. Onlar yüksək istedada malik, güclü idmançılardır və qadın idmanının gələcəyinin çox parlaq olacağını düşünürəm. Biz qadınlar bu yolla arzularımızı reallaşdıra biləcəyimizi və həmçinin özümüzə inam hissimizi nümayiş etdiririk. Buna görə də ümumilikdə qadınların beynəlxalq idman aləmində gələcəyini çox uğurlu görürəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.