16 sentyabr 2012 20:19
AZAL Qarabağı biabır edib, vahid lider oldu (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə bir görüş baş tutub.
Turun qapanış matçında AZAL-la “Qarabağ” üz-üzə gəlib. Məğlubiyyət tanımayan komandaların görüşü maraqla gözlənilirdi. Çünki hər iki komanda turnir cədvəlinin ilk pillələrində yer alırdı. Liderlərin görüşü kifayət qədər məhsuldar və gərgin keçib.
Belə ki, AZAL nə qədər gözlənilməz olsa da, bu rəqibinə düz altı qol vurub. Qurban Qurbanovun komandası yalnız son 10 dəqiqədə buraxılan qollardan ikisinin əvəzini çıxmağı bacarıb. Amma bu, Vaqif Sadıqovlu AZAL-ın inamlı qələbəsinə və zirvəni ələ keçirməsinə mane olmayıb.
Premyer Liqa
5-ci tur
16 sentyabr (bazar)
AZAL – QARABAĞ - 6:2 (3:0)
Qollar: B.Arsenyeviç, 15 (1:0), J.Nildo, 20 (2:0), Z.Benuahi, 43-pen (3:0), J.Nildo, 48 (4:0), J.Nildo, 59 (5:0), J.Nildo, 74 (6:0), R.Almeyda, 80 (6:1), R.Almeyda, 86 (6:2)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
Bakı. AZAL Arena.
Oyun başladı
3. "Qarabağ"ın hücumu zamanı Aqollinin sol cinahdan asmasına çatan olmur
5. Komandalar top üçün meydanın mərkəzində mübarizə aparır
8. "Qarabağ"ın hücumu zaçmanı Riçardın zərbəsini qapıçı dəf edir
8. "Qarabağ"ın hücumu zaçmanı Riçardın zərbəsini qapıçı dəf edir
11. AZAL qol vursa da, hakim qeydə almır
15. Branislav Arsenjeviç rəqib qapısına yol tapır - 1:0
20. Nildo növbəti qolunu vurmaqla bombardirlər yarışında önə keçir - 2:0
25. Bu dəqiqələrdə "Qarabağ" ərazi üstünlüyünü ələ keçirməyə çalışır
27. İlqar Qurbanovun qapıya doğru qüvvətli zərbəsi, lakin top qapı tirinə dəyərək meydandan çıxır
29. İlqar qapıçı ilə təkbətək qalsa da, qapıçı son anda topu boş qapıdan çıxarır
27. İlqar Qurbanovun qapıya doğru qüvvətli zərbəsi, lakin top qapı tirinə dəyərək meydandan çıxır
29. İlqar qapıçı ilə təkbətək qalsa da, qapıçı son anda topu boş qapıdan çıxarır
34. Əfran qapıya dəqiq zərbə endirə bilmir
39. Riçardın qüvvətli zərbəsini qapıçı dəf edir
43. AZAL penalti vurmaq hüququ qazanır: Benuahi zərbəni dəqiq yerinə yetirir - 3:0
45. Birinci hissə başa çatdı
46. İkinci hissə başladı
46. İkinci hissəyə "Qarabağ" oyunçu dəyişikliyi ilə başlaıyır: İlqar və Əfranı Raufla Vaqif əvəzləyir
48. AZAL dördüncü qola sevinir: Nildo özünün ikinci, komandasının dördüncü qoluna imza atır - 4:0
52. "Qarabağ"da oyunçu dəyişikliyi: Muaremi Vüqar əvəzləyir
59. Nildo het-trikini rəsmiləşdirir - 5:0
63. Vüqar qapıçı ilə üz-üzə qalsa da, qapıya dəqiq zərbə endirə bilmir
74. Nildo özünün dördüncü, komandasının altıncı qolunu vurur - 6:0
80. Riçard vurulmuş qollardan birinin əvəzini çıxır - 6:1
86. Riçard daha bir qolun əvəzini çıxır - 6:2
Matç başa çatdı
AZAL: 27. Ruslan Məcidov, 20. Branislav Arseniyeviç, 2. Juan Fransisko, 3. Usim Nduka (k), 4. Xose Junior Aylton, 6. Taqim Novruzov, 7. Cavid Tağıyev, 8. Elman Taqayev, 11. Zohair Benuahi, 16. Junior Nildo, 17. Viktor İbekoyi.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 15. Oskar Klyava, 5. Aqil Nəbiyev, 28. Artur Patraş, 99. Orxan Həsənov, 26. Etibar Şahmərdanov, 37. Andrius Veliçka.
QARABAĞ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 11. Rauf Əliyev, 17. Vüqar Nadirov, 33. Mostafa Mohamed, 55. Bədavi Hüseynov, 70. Vaqif Cavadov.
Turun digər oyunlarının nəticələri: Bakı – Turan – 1:1, Kəpəz - Qəbələ - 1:0, İnter – Sumqayıt – 1:0, Rəvan – Simurq – 0:2, Neftçi - Xəzər Lənkəran – 2:1.
1
4
3
1
0
13-5
10
Bombardirlər:
7 - J.Nildo (AZAL)
4 - Z.Benuahi (AZAL)
7 - J.Nildo (AZAL)
4 - Z.Benuahi (AZAL)
