17 sentyabr 2012 01:47
Neftçinin rəqibi Turində qələbə qazandı (YENİLƏNİB)
Futbol üzrə İtaliya A Seriyasında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, “İnter” səfərdə “Torino” ilə qarşılaşıb.
Son turda evdə “Roma”ya məğlub olan Milan klubu həmin yenilgini indi Turində unutdurmaq istəyirdi. Andrea Stramaççoninin yetirmələri hələ məğlubiyyət tanımayan “Torino” səddini uğurla keçmək istəyindəydi. Onlar bu vəzifənin öhdəsindən gəlməyi bacarıblar.
Qeyd edək ki, “İnter” hazırda 3 oyuna 6 xalla 5-ci pillədə qərarlaşıb. Bu komanda Avropa Liqasında Azərbaycan çempionu "Neftçi" ilə bir qrupda yer alır.
