16 sentyabr 2012 21:08
Vaqif Sadıqov: Əlimizə düşən imkanlardan maksimum istifadə etdik
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Premyer Liqanın 5-ci turunun “Qarabağ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 6:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
"AZAL azarkeşlərini qələbə münasibəti ilə təbrik edirəm. Bu gün əlimizə düşən imkanlardan maksimum istifadə etdik. Ən baxımlı futbol oynayan komandalardan olan "Qarabağ"a qarşı oynadıq. "Qarabağ"ı təhlil edib zəif yerlərini müəyyənləşdirmişdik. Heç kim bu hesabı gözləmirdi. Hesab edirəm ki, Qurban Qurbanov tələsik addım atmamalıdır. "Qarabağ" bu çempionatda öz sözünü deyəcək. Milli komandanın səviyyəsi qat-qat artıb. Bu gün gördük ki, "Qarabağ"da da, bizdə də millinin oyunçuları ehtiyyatda qalır. Bu rəqabətdən irəli gəlir".
