17 sentyabr 2012 00:03
“Qonaqpərvər” AZAL və ya Böyük Neftçi
Futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci tur geridə qaldı. Azerisport.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan qısa fasilənin ardından baş tutan hesabat turunda bir çox sürprizlər, ilklər yaşandı.
Turun açılış matçında mövsümdə o qədər də uğurlu başlaya bilməyən “Bakı” autsayder “Turan”ı qəbul etdi. Bojidar Bandoviçin komandası ilk turdakı sürpiz qələbəsindən sonra məğlubiyyətləri sıralayan Tovuz klubu ilə görüşdən mütləq 3 xalla ayrılmaq istəyindəydi. Əsgər Abdullayevin yetirmələri isə paytaxtdan ən azı 1 xalla qayıtmağı arzulayırdılar. Görüşdə hesabı meydan sahibləri açdılar. Amma fasilədən dərhal sonra rəqib qapıçının kobud səhvindən yararlanaraq kuryoz qola imza atan qonaqlar sona qədər heç-heçəni qoruyub saxlamağı bacardılar – 1:1. Beləcə, “Turan” növbəti xalına sevinərkən, “zolaqlılar” yenə qələbəsiz qaldılar.
İkinci oyun günündə növbəti belə sürpriz nəticə Gəncədə qeydə alındı. Mövsümə heç də pis başlamayan “Qəbələ” “Kəpəz”in qonağı idi. Hansı ki, bu komanda əvvəlki turlarda bir qayda olaraq məğlubiyyətləri sıralamaqda idi. Məhz bu uğursuzluqların fonunda Gəncə təmsilçisi hətta baş məşqçi postunda Fuad İsmayılovu Mahmud Qurbanovla əvəzləmişdi. Gənc mütəxəssis də ilk oyununda vəziyyəti dəyişə bilməmişdi. Amma o, ilk dəfə doğma publika önündə meydana çıxardığı komandasıyla uğur qazanmağı bacardı. Rəqibindən daha inamlı oyun sərgiləyən meydan sahibləri sonda minimal hesablı qələbəyə sevindilər ki, bu, çoxları üçün gözlənilməz oldu. Beləcə, “Kəpəz” nəhayət ki, yeni mövsümdə ilk xallarını və qələbəsini qazandı. “Qəbələ” isə artıq geridə qalan 5 turda ikinci məğlubiyyətinə üzüldü.
Yeni mövsümün digər uğursuzlarından “Rəvan” “Simurq”la qarşılaşdı. Ötən mövsümün ən sürpriz komandası hesab olunan paytaxt təmsilçisi Zaqatala klubunu yeni “stadionunda” – “Bayıl Arena”da qəbul edirdi. Amma bu stadion “aslanlar” üçün düşərli olmadı. İlk yarısı qolsuz başa çatan görüşün sonlarında vurulan 2 qol Goergi Çixradzenin komandasına vacib 3 xal qazandırdı. Nə qədər sürpriz olsa da, bölgə təmsilçisi hələlik məğlubiyyət tanımır və əksər iddialılardan fərqli olaraq, turnir cədvəlinin üst pillələrində yer almaqdadı. Yenidən Bəhmən Həsənova tapşırılan “Rəvan” isə autsayderə çevrilir.
“İnter” son turlarda ardıcıl darmadağınlarla üzləşən “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirdi. “Şəfa” stadionundakı təmir işləri ilə əlaqədar ilk turlardakı ev oyunlarını Şüvəlanda keçirməli olan “bankirlər” nəhayət bu qarşılaşmada yenidən doğma arenasına qayıtmışdı. Görünür məhz bunun da müsbət təsiri nəticəsində Kaxaber Tsxadadzenin komandası nəhayət qələbə sevinci yaşamağı bacardı. Darmadağın olduqları qarşılaşamalarla müqayisədə Bernard Raabın yetirmələri bu dəfə daha yaxşı mübarizə aparsalar da, bu, qonaqları məğlubiyyətdən xilas etmədi.
İkinci oyun gününün, ümumiyyətlə turun ən prinsipial qarşılaşmasında isə “Neftçi” ilə “Xəzər Lənkəran” qarşılaşdı. Bu oyunda meydan sahibləri üçün qələbə bir çox məqamlara görə daha vacib idi. Avropa Liqasında tarix yazan və bu üzdən əhval-ruhiyyənin yaxşı vəziyyətdə olduğu bu komanda bir neçə gün sonra Serbiyanın “Partizan” klubunun qonağı olacaq. Ona görə də Böyükağa Hacıyevin komandası həm prinsipial rəqibini məğlub edib, turnir cədvəlində yuxarılara qalxmaq, həm də Serbiya səfərinə qalib əhval-ruhiyyədə yollanmaq məqsədi güdürdü. Yunis Hüseynovun yetirmələri üçün isə bu görüş sadəcə prinsipial rəqiblə çətin görüşdə 3 xal qazanmaq xarakteri daşıyırdı. Görüş qonaqlar üçün daha yaxşı başladı. Amma çox keçmədən paytaxt klubu məğlub durumdan çıxmağı bacardı. Fasilədən sonra daha bir qol vuran “ağ-qaralar” “Böyük oyun”da da çempiona layiq nəticə qazanmaqla daha güclü olduğunu isbatladı.
Nəhayət, son oyun günündə turnir cədvəlinin iki lideri qarşılaşdı. “Qarabağ” bu tura qədər çempionatın lideri, AZAL isə Ağdam klubunun əsas izləyicisi idi. İki məğlubiyyət tanımayan komandanın görüşü maraqla gözlənilirdi. Amma görüş bəlkə gözləniləndən də maraqlı alındı. Belə ki, 8 qolun vurulduğu görüşdə “təyyarəçilər” rəqibini son illərdə üzləşmədiyi ən ağır məğlubiyyətlərdən birinə düçar etdi. Əbəs yerə deyil ki, hətta 2:6 hesablı yenilginin ardından baş məşqçi Qurban Qurbanov istefasından da söz açdı. Vaqif Sadıqovlu AZAL isə artıq vahid liderdi və hamını təəccübləndirməyə davam edir.
Premyer Liqa
5-ci tur
BAKI – TURAN - 1:1 (1:0)
Qollar: İ.Karqbo, 39 (1:0), E.Günlü, 48 (1:1)
Sarı vərəqələr: Xavyer Junior Vilson, 40 (qeyri-idman hərəkəti) - Marius Kazlauskas, 36 (hakimin qərarına etiraz), Aleksandr Krutskeviç, 43 (qeyri-idman hərəkəti), Fərmayıl Əliyev, 46 (rəqibə qarşı kobud oyun), Mikayıl Rəhimov, 90+3 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Zeynal Zeynalov, İsgəndər Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
14 sentyabr 2012. Bakı. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 480 tamaşaçı.
Bakı: 82. Edin Nuredinovski, 6. İbrahim Karqbo, 8. Xavyer Junior Vilson, 15. Cəmşid Məhərrəmov (k), 19. Nurlan Novruzov, 22. Vangelis Mantsios (7. Deyvidas Çesnauski, 80), 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 27. Georgi Popxadze, 77. Aleksandar Soliç, 99. Rəhman Hacıyev (11. Elvin Məmmədov, 73).
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 3. Denis İvanov, 10. Lukas Mario Horvat, 21. Novruz Məmmədov, 38. Namiq Ələsgərov.
Baş məşqçi: Bojidar Bandoviç.
Turan: 1. İvan Qrabovaç, 6. Mikayıl Rəhimov, 7. Azər Məmmədov (10. Hafiz Əliyev, 31), 8. Budaq Nəsirov, 17. Fərmayıl Əliyev (11. Qoqi Pipia, 75), 14. Ender Günlü, 13. Marius Kazlauskas, 21. Antonio Rukavina (k), 22. Salif Ballo, 23. İrakli Beraya (9. Murad Ağakişiyev, 72), 26. Aleksandr Krutskeviç.
Ehtiyat oyunçular: 28. Andrey Popoviç, 5. Fərid Quliyev, 16. Elmixan Məmmədov.
Baş məşqçi: Əsgər Abdullayev.
KƏPƏZ - QƏBƏLƏ - 1:0 (1:0)
Qol: B.Soltanov, 41 (1:0).
Sarı vərəqələr: Bəxtiyar Soltanov, 54 (qeyri-idman hərəkəti), Şahin Kərimov, 71 (qeyri-idman hərəkəti), Bujamin Asani, 76 (qeyri-idman hərəkəti) - Elmar Baxşiyev, 27 (simulyasiya), Dodo, 43 (simulyasiya).
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Səfər Haşımov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
15 senyabr 2012. Gəncə. Şəhər stadionu. 4000 tamaşaçı.
Kəpəz: 1. İvan Radoş, 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov, 9. Bəxtiyar Soltanov, 10. Armand Feutçin, 13. Emin İmaməliyev, 15. Şahin Kərimov, 18. Nikolay Svejentsev, 20. Emin Əliyev (7. Pərvin Paşayev, 84), 30. Yuri Fomenko (8. Elvin Həsənəliyev, 47), 88. Bujamin Asani.
Ehtiyat oyunçular: 16. Xəyal Zeynalov, 2. Nicat Məmmədov, 11. Ziyabil Məmmədov, 14. Elxan Əzizov, 19. Atin Abdullayev.
Baş məşqçi: Mahmud Qurbanov.
Qəbələ: 25. Dieqo Kosta Silva, 8. Bruno Da Silva (22. Lorival Rodriqes Assis, 60), 9. Viktor Mendi (99. Amil Yunanov, 81), 10. Dodo, 11. Yannik Kamanan, 15. Umar Kalabane , 18. Aleksandr Çertoqanov, 21. Elmar Baxşıyev (k), 34. Ürfan Abbasov, 84. Deyan Kelhar, 88. Nodar Məmmədov (23. Şəhriyar Xəlilov, 36).
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Muammer Erdoğdu, 7. Yaşar Abuzərov, 19. Rövşən Əmiraslanov.
Baş məşqçi: Fatih Kavlak.
İNTER - SUMQAYIT - 1:0 (1:0)
Qol: D.Arafat, 6 (1:0)
Sarı vərəqələr: Ruslan Əmircanov, 82 (rəqibi tutduğuna görə), Arif Daşdəmirov, 90+2 (oyunun bərpasını gecikdirdiyinə görə) - Ruslan Qurbanov, 15 (hakimin qərarına etiraz), Samir Abasov, 58 (rəqibi tutduğuna görə) – sarı.
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Coşqun Həsənov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
15 sentyabr 2012. Bakı. “Şəfa” stadionu. 300 tamaşaçı.
İnter: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 11. Asif Məmmədov, 15. Vladimir Levin (k), 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 23. Tales Şütz (9. Daniel Genov, 65), 24. Fuad Bayramov (47. Abdulla Abatsiyev, 75), 25. İbrahima Niasse, 30. Djako Arafat (8. Nizami Hacıyev, 46).
Ehtiyat oyunçular: 74. Revaz Tevdoradze, 6. Samir Zərgərov, 77. Ramil Mansurov, 87. Haynts Barmettler.
Baş məşqçi: Kaxaber Sxadadze.
Sumqayıt: 12. Elçin Sadıqov, 2. Slavik Alxasov, 3. Aftandil Hacıyev, 4. Samir Abasov (k), 5. Murat Doymuş, 6. Tamer Taktak, 7. Pərdis Fərcad-Azad, 10. Ceyhun Sultanov (11. Sabir Allahquliyev, 77), 22. Xəyal Mustafayev, 76. Uğur Pamuk (50. Murad Hüseynov, 83), 91. Ruslan Qurbanov (9. Orxan Əliyev, 68).
Ehtiyat oyunçular: 90. Anar Məhərrəmov, 13. Murad Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 92. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Bernard Raab.
RƏVAN - SİMURQ - 0:2 (0:0)
Qollar: M.Bojiç, 70 (0:1), M.Burhard, 76 (0:2)
Sarı vərəqələr: Samuel Barlay, 7 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə) - Aleksandr Şemonayev, 60 (qeyri-idman hərəkəti), Rəşad Eyubov, 76 (hakimin icazəsi olmadan meydana daxil olduğu üçün).
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Ramiz Əsədov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
15 sentyabr 2012. Bakı. Bayıl Arena stadionu. 1000 tamaşaçı.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 8. Tural Axundov, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varela, 15. Tural Cəlilov (26. Fransis Bosman, 74), 18. Samuel Barlay, 20. Kristian Torres, 22. Tofiq Mikayılov (19. Hüseyn Axundov, 89), 28. Amid Quluzadə (27. Nuran Qurbanov, 73).
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 5. Nikolay Orlovski, 10. Nemanya Vidakoviç, 11. Şeriff Suma.
Baş məşqçi: Bəhmən Həsənov.
Simurq: 22. David Petşkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 13. Aleksandr Şemonayev, 14. Asif Mirili, 25. Mario Bojiç (8. Qərib İbrahimov, 87), 21. Murad Səttarlı (19. Nicat Qurbanov, 90+2), 15. Stepan Polyak, 9. Marçin Burhard, 79. Nenad Stoyanoviç (10. Zdravko Popoviç, 75).
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 7. Ruslan Poladov, 17. Rüstəm Məmmədov, 20. Rəşad Eyubov.
Baş məşqçi: Georgi Çixradze.
NEFTÇİ - XƏZƏR LƏNKƏRAN - 2:1 (1:1)
Qollar: S.Tounkara, 8 (0:1), N.Kanales, 17 (1:1), Flavinyo, 74 (2:1).
Sarı vərəqələr: İqor Mitreksi, 5 (qeyri-idman hərəkəti), Erik Ramos, 63 (qeyri-idman hərəkəti) - Adrian Pit, 9 (qeyri-idman hərəkəti), Kamal Bayramov, 11 (texniki zonanın qaydalarını pozduğuna görə), Radomir Todorov, 41 (qeyri-idman hərəkəti), Robert Alviz, 78 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, İlham Əliyev, Fuad Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
15 sentyabr 2012. Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 4500 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov (k) (19. Mirhüseyn Seyidov, 56), 9. Flavinyo (17. Araz Abdullayev, 82), 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 22. Mahir Şükürov, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 4. Tərlan Quliyev, 7. Rodriqinyo, 28. Emin Mehdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
Xəzər Lənkəran: 25. Orxan Sadıqlı, 6. Robert Alviz (11. Dimitrios Sialmas, 80), 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev (99. Beto, 46), 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 7. Sadio Tounkara (3. Vanderson Skarduelli, 87), 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 42. Kamran Abdullazadə, 17. Kazım Kazımlı, 4. Akif Tağıyev.
Baş məşqçi: Yunis Hüseynov.
AZAL – QARABAĞ - 6:2 (3:0)
Qollar: B.Arsenyeviç, 13 (1:0), J.Nildo, 19 (2:0), Z.Benuahi, 43-pen (3:0), J.Nildo, 49 (4:0), J.Nildo, 59, (5:0), J.Nildo, 77 (6:0), R.Almeyda, 81 (6:1), R.Almeyda, 87 (6:2).
Sarı vərəqələr: Xuan Fransisko, 83 (qeyri-idman hərəkəti) - Rauf Əliyev, 64 (hakimin qərarına etiraz), Vüqar Nadirov, 83 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 2 dəq.
16 sentyabr 2012. Bakı. AZAL Arena. 2000 tamaşaçı.
AZAL: 27. Ruslan Məcidov, 20. Branislav Arsenyeviç, 2. Xuan Fransisko, 3. Usim Nduka (k), 4. Xose Junior Aylton, 6. Taqim Novruzov (5. Aqil Nəbiyev, 84), 7. Cavid Tağıyev (99. Orxan Həsənov, 86), 8. Elman Taqayev, 11. Zohair Benuahi (26. Etibar Şahmərdanov, 77), 16. Junior Nildo, 17. Viktor İbekoyi.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 15. Oskar Klyava, 28. Artur Patraş, 37. Andrius Veliçka.
Baş məşqçi: Vaqif Sadıqov.
Qarabağ: 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem (17. Vüqar Nadirov, 54), 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov (11. Rauf Əliyev, 46), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov (70. Vaqif Cavadov, 46), 24. Admir Teli, 25. Ansi Aqolli.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 33. Mustafa Mohamed, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
1
4
3
1
0
13-5
10
Bombardirlər:
7 - J.Nildo (AZAL)
4 - Z.Benuahi (AZAL)
