16 sentyabr 2012 00:03
“Fasilədə futbolçularıma topa daha çox sahib olmaq tapşırığı verdim”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Premyer Liqanın 5-ci turunun “Rəvan” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyun çox maraqlı və gərgin keçdi. İlk hissənin sonlarında oyuna nəzarəti itirdik. Fasilədə futbolçularıma oyunda nəzarəti ələ almaq, daha çox topa sahib olmaqla qol imkanları yaratmaq tapşırıqlarını verdim. Nəticədə əldə etdiyimiz qol imkanlarından yararlanıb qələbə qazandıq. “Rəvan” çox gözəl təşkil olunmuş, güclü komandadı".
