16 sentyabr 2012 00:08
“Rəvanın oyun üslubunda bəzi dəyişikliklər etmişəm”
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Premyer Liqanın 5-ci turunun “Simurq” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin türkiyəli çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Futbol mövqelər uğrunda mübarizədir. Mövqeləri kim daha tez qazanırsa, o da qalib gəlir. “Rəvan”ın oyun üslubunda müəyyən dəyişikliklər etmişəm. İkinci hissədə oyun nizam-intizamımızı itirdiyimizə görə qapımızda qol gördük. Rəqibimizin mövqeləri ələ keçirməsinə imkan yaratdıq. Gələcəkdə bu səhvləri aradan qaldırmağa çalışacağıq".
