16 sentyabr 2012 11:53

“Ümid edirəm ki, Xəzər Lənkəranı həmişə məğlub edəcəyik”

“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Premyer Liqanın 5-ci turunun “Xəzər Lənkəran”la oyunundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Böyük oyun” haqda nə deyə bilərsiz?
- Çox gərgin oyun alındı. Hamı bilir ki, bu iki klub arasındakı oyunlar nə qədər prinsipial xarakter daşıyır. Bu dəfə də elə oldu. Hesab edirəm ki, biz əsl çempiona layiq oyun sərgilədik və layiqli qələbə qazandıq. Şadam ki, gərgin qrafikə baxmayaraq, vacib qələbə qazanmağa nail olduq.
 
- Uğurlu Kipr səfərinizdən sonra ilk dəfə oyuna çıxdınız. Yəqin ki, həmin zəfərin əminliyi hiss olunurdu...
- Ola bilsin ki, kənardan belə hiss olunsun. Amma biz son uğurlarımız barədə düşünmürdük. Sadəcə, həmişəki kimi çıxıb öz oyunumuzu oynadıq.
 
- Buraxılan qoldan sonra nəticə ilə bağlı qorxu yaranmamışdı ki?
- Bilirdik və inanırdıq ki, qələbə qazanacağıq. Ümid edirəm ki, “Xəzər Lənkəran”ı həmişə məğlub edə biləcəyik.
 
- Bu oyun həm də “Neftçi”nin Avropa Liqasına rəğmən, çempionatda da iddialı olmasını göstərdi?
- Bu barədə mübahisə etməyə də dəyməz. Çünki gələn mövsüm yenə avrokuboklarda oynamaq istəyirik.

- Qarşıda “Partizan”la oyun var. Tarixi qarşılaşma ərəfəsində həyəcan yoxdu ki?
- Yəqin ki, bu həyəcan məhz oyun zamanı özünü göstərsin. APOEL üzərində qələbə qazansaq da, biz oyunumuzu daha da yaxşılaşdırmalıyıq. Bunu komandada hər kəs başa düşür.
 
- Avroliqa oyunları üçün güc qalıb?
- (gülür) Şübhəsiz ki, gücümüz var. Axı bu, hələ başlanğıcdı. İlk oyun bizim üçün çox vacibdi. Uğurla başlayıb, yolumuza davam etmək istəyirik.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.