16 sentyabr 2012 00:25

Partizanın məşqçisi: Neftçinin zəif cəhətlərini də gördüm

Serbiyanın “Partizan” klubunun baş məşqçisinin köməkçisi Aleksandr Roqiç Avropa Liqasında eyni qrupda yer aldıqları Azərbaycan çempionu “Neftçi”nin Premyer Liqamızın 5-ci turundakı “Xəzər Lənkəran”la ev oyununu (2:1) canlı izləyib. Serbiyalı mütəxəssis qarşılaşmadan sonra azerisport.az saytına müsahibə verib.

“Oyuna qədər mən şəhərinizi gəzdim. Çox müasir şəhərdi, gözəl binalar var. Belqradda daha çox köhnə binaları görə bilərsiz. Bütövlükdə, bura xoşuma gəldi. Hələ Tofiq Bəhramov adına Respublika stadionunda olmamışam. Amma mütləq ora da baş çəkəcəyəm. Axı biz orda oynayacağıq” – deyə, Roqiç sözə başlayıb.
 
“Partizan”ın çalışdırıcısı həmçinin Serbiya və Azərbaycan derbilərini müqayisə edib: “Bura gələndə bilirdim ki, bu, Premyer Liqanın vacib oyunudu. Əgər “Partizan”la “Crvena Zvezda” arasındakı derbi ilə bu görüşü müqayisə etsək, deyə bilərəm ki, coşqu eynidi. Amma bizdə oyun ətrafında baş verənləri sözlə ifadə etmək olmur. Burda bir qədər fərqlidi. Eyni zamanda azarkeş marağı da çox böyük olur. Yəqin ki, bu kimi fərqləri Saşa Stamenkoviç də deyə bilər”.
 
Serbiyalı mütəxəssis oyundan da danışıb: “Oyunla bağlı bəzi qeydlər apardım. Düşünmürəm ki, rəqibimiz bizdən nəyisə gizlətməyə çalışdı. Çünki onlar üçün “Xəzər Lənkəran”la da oyun prinsipial idi. Həm də Böyükağa Hacıyev bu oyuna əsas heyəti buraxmışdı. Rəqibimizə hörmətlə yanaşırıq. “Neftçi”nin öz oyun üslubu var. Komandada anlaşma səviyyəsi çox yaxşıdı. Amma biz də zəif deyilik. Bizim də öz güclü tərəflərimiz var. Bunlardan yararlanmağa çalışacağıq. Rəqibimizin bəzi çatışmazlıqları da var. Amma bu barədə mətbuata açıqlama verməyəcəyəm. Onları baş məşqçimizə deyəcəyəm”.
 
Roqiç “Partizan”ın əsas üstünlüyü kimi təcrübəsinin daha çox olmasını qeyd edir: “Neftçi”nin belə yüksək səviyyəli turnirlərdə iştirak təcrübəsi azdı. Bizdə isə tam əksinədi. Lakin hər şeyə rəğmən şansları bərabər hesab edirəm. Biz ilk oyunda qələbə qazanmaq istəyirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.