17 sentyabr 2012 13:03
Qurbanov Qurbanov istefa verdi, qəbul olunmadı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov gözlənilən addımı atıb. Azerisport.az xəbər verir ki, ötən gün Premyer Liqanın 5-ci turu çərçivəsində səfərdə keçirilən AZAL-la qarşılaşmada klub tarixinin ən ağır məğlubiyyətini yaşayan Ağdam təmsilçisinin çalışdırıcısı mətbuat konfransında bildirdiyi kimi, istefa qərarını açıqlayıb.
Amma rəhbərlik onun istefasını qəbul etməyib. Belə ki, klub başbilənləri “Qarabağ”ın tarixindəki bir sıra uğurların memarı olan Qurbanovla yola davam edəcəklərini açıqlayıblar.
Qeyd edək ki, “Qarabağ” AZAL-la qarşılaşmada heç kimin gözləmədiyi halda 2:6 hesabıyla məğlub oldu.
