17 sentyabr 2012 13:11
Yığmamızın üzvü oynamadı, komandası növbəti qələbəsini qazandı
Türkiyənin “Eskişehirspor” klubu Super Liqada növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Əskişəhər təmsilçisi doğma meydanda “Genclerbirligi” ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsiylə başa çatıb. Beləcə, 4 oyuna 2-ci qələbəsini rəsmiləşdirən bu komanda hazırda 6 xalla 18 komanda arasında 7-ci yerdə gedir.
“Eskişehirspor”da forma geyən Azərbaycan yığmasının üzvü Ufuk Budaq bu dəfə də oynamayıb. Millimizin düşərgəsindən zədəli qayıdan müdafiəçi hazırda Almaniyada müalicə olunur.
