17 sentyabr 2012 13:30
AFFA prezidenti Neftçinin futbolçularını qəbul etdi
Bu gün AFFA prezidenti Rövnəq Abdullayev “Neftçi” futbol klubunun məşqçi və futbolçu heyəti ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, komandanın Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanmasını futbolumuzun ən böyük tarixi uğuru sayan federasiya rəhbəri bu münasibətlə onları təbrik edib:
“Mən sizi ölkə prezidenti İlham Əliyevin adından təbrik edirəm. Bu, Azərbaycan futbolu tarixində yeni səhifədi. Ümid edirəm ki, “Neftçi” qrup mərhələsində də bizi sevindirməyə davam edəcək. “Partizan”la oyunun nəticəsi hamımız üçün çox vacibdi”.

Tədbirdə “Neftçi”nin prezidenti Sadıq Sadıqovla baş məşqçi Böyükağa Hacıyev də çıxış edib. Sonda Rövnəq Abdullayevə komandanın 75 nömrəli forması hədiyyə olunub.