17 sentyabr 2012 14:55
Seriya A klubunda şok qərar
İtaliyanın “Palermo” klubu baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi komandanın baş məşqçisi Cüzeppe Sanninonu istefaya göndərib.
Artıq bu klubun prezidenti Mauritsio Zamparini üçün ən asan işə çevrilən baş məşqçi istefası cari mövsümdə daha tez baş verdi. Belə ki, A Seriyasının 3-cü turunda doğma meydanda “Cagliari” ilə heç-heçə edən komandanın çalışdırıcısı gözlənilmədən postundan uzaqlaşdırılıb.
Qeyd edək ki, “Palermo” yeni mövsümə o qədər də yaxşı başlamayıb. İlk iki oyunda məğlub olan Sanninonun komandası son turda da qələbə qazana bilməyincə, istefası qaçılmaz olub.
“Palermo”nun sükanı arxasına “Inter”in sabiq çalışdırıcısı Can Pyer Qasperininin keçməsi gözlənilir.
