17 sentyabr 2012 15:37
Oqtay Abdullayevdən iki düzgün proqnoz
Azərbaycan futbolunun veteranı Oqtay Abdullayev Premyer Liqanın 5-ci turunun oyunlarından yalnız ikisinin nəticəsini düzgün müəyyənləşdirə bilib. Azerisport.az xəbər verir ki, o, tur öncəsi saytımıza müsahibəsində bütün oyunlarla bağlı proqnozlarını bildirmişdi.
Həmin proqnozlardan dördü özünü doğrultmayıb. Düz çıxan proqnozlar isə “İnter”in “Sumqayıt”, “Neftçi”nin də “Xəzər Lənkəran” üzərində qələbə qazanacağı ilə bağlıdı.
