17 sentyabr 2012 15:53
İnterdə Georgi Adamiya şoku
“İnter”in yarımmüdafiəçisi Georgi Adamiya sıradan çıxıb. Azerisport.az xəbər verir ki, gürcü futbolçu Premyer Liqanın 5-ci turunun “Sumqayıt”la oyunu (1:0) ərəfəsində məşq edərkən zədələnib.
Onun zədəsinin ciddi olduğu bildirilir. Belə ki, Adamiya mütləq əməliyyat olunmalıdı. Bu məqsədlə o, yaxın günlərdə Almaniyaya yollanacaq. Təcrübəli futbolçunun yaşıl meydanlara nə vaxt qayıdacağı da əməliyyatdan sonra açıqlanacaq. İndidən isə Adamiyanın ən azı bir ay futbol oynamayacağı dəqiqdi.
