17 sentyabr 2012 16:56
Neftçinin Partizanla oyunu çex hakimə həvalə olundu
“Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki oyununu idarə edəcək baş hakim müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA komandamızın oyununu çex referiyə tapşırıb.
Belə ki, sentyabrın 20-də baş tutacaq “Partizan” – “Neftçi” qarşılaşmasında Libor Kovarik fit çalacaq. Belqarddakı “Partizan” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00.00-da başlayacaq.
