17 sentyabr 2012 17:09
Qarabağ Turanla oyuna istirahət etmədən hazırlaşmağa başladı
“Qarabağ” məşqlərə istirahətsiz başlayıb. Azerisport.az xəbər verir ki, dünən AZAL-la qarşılaşan komanda oyun ertəsi dərhal bazar günü qarşılaşacağı “Turan”la görüşün hazırlıqlarına start verib.
“Qarabağ”ın məşqi “Sərin”in idman kompleksinin meydançasında baş tutub. Çalışmada sadəcə dünənki oyunda zədələnərək meydanı vaxtından əvvəl tərk edən Muarem Muarem iştirak etməyib.
