17 sentyabr 2012 17:18
Saşa İliç Neftçi ilə ilk oyunu buraxa bilər
Serbiyanın “Partizan” klubunun kapitanı Saşa İliç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə ilk oyunu buraxa bilər. Azerisport.az xəbər verir ki, o, Serbiya çempionatının son turunda “Hajduk”la qarşılaşmada (5:2) ciddi zədə alıb.
Bu üzdən də onun “Neftçi” ilə oyuna qədər bərpa olub-olmayacağı dəqiq bilinmir. Amma Serbiya mətbuatı bu futbolçunun iştirakını mümkün sayır.
Qeyd edək ki, “Partizan” – “Neftçi” oyunu sentyabrın 20-də Belqradda baş tutacaq.
