17 sentyabr 2012 17:31

AFFA prezidentinin Neftçi ilə görüşü (FOTOREPORTAJ)

Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev assosiasiyanın inzibati binasında UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibətilə “Neftçi” klubunun kollektivini qəbul edib. Azerisport.az xəbər verir ki, Rövnəq Abdullayev “Neftçi”nin bu nailiyyətini Azərbaycan futbol tarixinin ən böyük uğurlarından biri kimi qiymətləndirib:
 
“UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmağınız münasibətilə sizi Respublika Prezidenti cənab İlham Əliyevin adından təbrik edirəm. Bu uğuru qazanmaqla “Neftçi” ölkəmizin futbol tarixində yeni bir səhifə açdı. Ümid edirəm ki, Avropa Liqasının qrup mərhələsində də əzmkar mübarizə aparmaqla “Neftçi” bizi sevindirməkdə davam edəcək. Artıq 5 gündən sonra Serbiyanın “Partizan” klubu ilə qarşılaşacaqsınız. Hər birinizə məlumdur ki, ilk oyunun nəticəsi çox əhəmiyyətlidir. Ümidvaram ki, bu oyunda müsbət nəticə əldə etməklə özünəinam hissinizi də gücləndirəcək və gələcək uğurların əsasını qoyacaqsınız”.
 
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev çıxış edərək bu nailiyyətin qazanılmasında “Neftçi”nin hər bir üzvünün payı olduğu kimi, futbolun inkişafı məqsədilə AFFA-nın müəyyənləşdirdiyi strategiyanın da böyük rol oynadığını bildirib və komandaya verdiyi dəstəyə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.
 
“Neftçi” Peşəkar Futbol Klubunun prezidenti Sadıq Sadıqov kluba göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, “Neftçi”nin UEFA Avropa Liqasında keçirəcəyi oyunlar üçün hazırlanmış və üzərində “Rövnəq Abdullayev” yazılmış 75 nömrəli formanı AFFA prezidentinə hədiyyə edib.
 
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.