17 sentyabr 2012 18:26
Xəzər Lənkəran – Bakı matçının keçirilmə tarixi və yeri dəyişdirildi
Azərbaycan Premyer Liqasının təqvimində daha bir dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, Premyer Liqanın 6-cı turunun “Xəzər Lənkəran” – “Bakı” oyunu 24 sentyabr tarixindən 25 sentyabr tarixinə keçirilib. Oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
