20 sentyabr 2012 01:38
ÇL-in qrup mərhələsi start götürdü, Galatasaray ilk oyunda uduzdu (YENİLƏNİB)
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start verilir. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 4 qrupun iştirakçıları münasibətlərinə aydınlıq gətiriblər.
Bunlar A, B, C və D qruplarıydı. A qrupunda Zaqreb “Dinamo”su “Porto”ya uduzub. PSG isə Kiyev “Dinamo”sunu darmadağınla yola salıb. B qrupunda “Montpellier” “Arsenal”la görüşü məğlub başa vurub. “Olympiakos” isə “Schalke”yə uduzub. C qrupunda “Milan” “Anderlecht”in müqavimətini qıra bilməyib. “Malaga” isə “Zenit”ə futbol dərsi keçib. D qrupunda Dortmund “Borussia”sı “Ajax” üzərində minimal hesablı qələbəyə sevinib. Günün ən maraqlı görüşündə “Real” “Manchester City” ilə möhtəşəm oyunda çətin qələbə qazanıb.
Qalan qrupların görüşləri ikinci oyun gününə təsadüf edib. E qrupunda “Chelsea” “Juventus”la xal bölgüsünə razılaşmalı olub. “Şaxtyor” isə “Nordsjaelland”la qarşılaşmanı qalib başa vurub. F qrupunda “Bayern” “Valencia”nı məğlub edib. “Lille” isə BATE ilə oyunda gözlənilməz məğlubiyyətlə üzləşib. G qrupunda “Barcelona” Moskva “Spartak”ını çətinliklə məğlub edib. “Celtic” isə “Benfica” ilə qolsuz heç-heçəyə razılaşıb. Nəhayət, H qrupunda “Braga” “CFR Cluj” ilə görüşdən məğlub ayrılıb. Qardaş Türkiyənin təmsilçisi “Galatasaray” isə “Manchester United”in qonağı olub. Buraxılan erkən qol türklərin məğlubiyyəti ilə nəticələnib.
Çempionlar Liqası
Qrup mərhələsi
18 sentyabr
A qrupu
Dinamo (Zaqreb, Xorvatiya) – Porto (Portuqaliya) - 0:2 (0:1)
Qollar: Luço Qonsales, 41, Defur, 90+2.
PSG (Fransa) – Dinamo (Kiyev, Ukrayna) - 4:1 (3:0)
Qollar: İbrahimoviç, 19, Silva, 29, Aleks, 32, Pastore, 90+1 - Velozo, 87
B qrupu
Montpellier (Fransa) – Arsenal (İngiltərə) - 1:2 (1:2)
Qollar: Belhanda, 8-pen - Podolski, 16, Cervinyo, 18.
Olympiakos (Yunanıstan) – Schalke (Almaniya) - 1:2 (0:1)
Qollar: Abdoun, 58 - Hovedes, 41, Huntelar, 59.
Matçın 62-ci dəqiqəsində Huntelar penaltini qaçırıb
C qrupu
Milan (İtaliya) – Anderlecht (Belçika) - 0:0 (0:0)
Malaga (İspaniya) - Zenit (Rusiya) - 3:0 (2:0)
Qollar: İzko, 3; 76, Saviola, 13.
D qrupu
Borussia (Dortmund, Almaniya) - Ajax (Hollandiya) - 1:0 (0:0)
Qol: Levandovski, 87.
Matçın 57-ci dəqiqəsində meydan sahiblərindən Hummels penaltidən yararlana bilməyib
Real (İspaniya) - Manchester City (İngiltərə) - 3:2 (0:0)
Qollar: Marselo, 76, Benzema, 87, Ronaldo, 90 - Dzeko, 69, Kolarov, 85.
19 sentyabr
E qrupu
Chelsea (İngiltərə) – Juventus (İtaliya) - 2:2 (2:1)
Qollar: Oskar, 31; 33 - Vidal, 38, Kvalyarella, 80.
Şaxtyor (Ukrayna) – Nordsjaelland (Danimarka) - 2:0 (1:0)
Qollar: Mxitaryan, 44; 76.
F qrupu
Bayern (Almaniya) – Valencia (İspaniya) - 2:1 (1:0)
Qollar: Şvaynştayger, 38, Kroos, 76 - Valdes, 90+1.
Matçın 90+4-cü dəqiqəsində meydan sahiblərindən Mandzukiç penaltidən yararlana bilməyib
Lille (Fransa) - BATE (Belarus) - 1:3 (0:3)
Qollar: Şedyu, 60 - Volodko, 6, Rodionov, 20, Olexnoviç, 43.
G qrupu
Barcelona (İspaniya) - Spartak (Moskva, Rusiya) - 3:2 (1:1)
Qollar: Telyo, 14, Messi, 72; 80 - D.Alveş, 29, Romulo, 59.
Celtic (Şotlandiya) – Benfica (Portuqaliya) - 0:0 (0:0)
H qrupu
Braga (Portuqaliya) - CFR Cluj (Rumıniya) - 0:2 (0:2)
Qollar: Rafael Bastos, 19; 34.
Manchester United (İngiltərə) – Galatasaray (Türkiyə) - 1:0 (1:0)
Qol: Karrik, 7.
Matçın 53-cü dəqiqəsində MY-dən Nani penaltini boşa verib
