17 sentyabr 2012 20:33
“Daha çox qol vura bilərdik”
“İnter”in qapıçısı Georgi Lomaya Premyer Liqanın 5-ci turu çərçivəsində "Sumqayıt" klubuna qarşı keçirilən matç haqqında danışıb. Azerisport.az xəbər verir ki, o, 1:0 hesablı qələbə qazandıqları görüşlə bağlı bunları dilə gətirib:
“Qarşılaşma çox gərgin alındı. Əsas hədəfimiz 3 xal idi. Daha çox qol vura bilərdik. Lakin bunu bacarmadıq. Buna baxmayaraq, qapımızı toxunulmaz saxlayaraq layiq olduğumuz qələbəni qazandıq. Zənnimcə, növbəti görüşlərdə biz daha yaxşı oyun göstərib xal aktivimizi daha da artıracağıq”.

Xatırladaq ki, növbəti turda "İnter" səfərdə AZAL komandasıyla üz-üzə gələcək. Bugündən etibarən "bankirlər" Premyer Liqanın 6-cı turu çərçivəsində keçiriləcək həmin oyunun hazırlıqlarına başlayıb.
Qeyd edək ki, AZAL - “İnter” matçı sentyabrın 23-də keçiriləcək.