21 sentyabr 2012 02:05
Avroliqada qrup mərhələsi start götürdü, Fener ilk oyunda qələbəni əldən verdi (YENİLƏNİB)
Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi”nin də mübarizə apardığı turnirin bütün görüşləri eyni gündə baş tutub.
Qeyd edək ki, Azərbaycan təmsilçisi ilk oyununu səfərdə Serbiya “Partizan”ına qarşı keçirib və qolsuz heç-heçəyə razılaşıb. “Neftçi”nin qrupunda daha bir görüş isə “İnter”lə “Rubin” arasında baş tutub ki, həmin qarşılaşmada da qalib müəyyənləşməyib.
Qardaş Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Fenerbahçe” də ilk oyununa çıxıb. Bu komanda doğma meydanda Marseli təmsil edən “Olympique” ilə üz-üzə gəlib. 2 qol vuraraq, qələbəyə yaxın olan "sarı-lacıvərdlilər" yalnız son saniyələrdə buraxılan qolla 3 xalı əldən veriblər.
Avropa Liqası
Qrup mərhələsi
20 sentyabr
A qrupu
Udinese (İtaliya) - Anji (Rusiya) - 1:1 (0:1)
Qol: Di Natale, 90+1 - Traore, 45.
Young Boys (İsveçrə) – Liverpool (İngiltərə) - 3:5 (1:2)
Qollar: Nutsolo, 38, Oyala, 53, Sarate, 63 - Oyala, 4-öz qapısına, Visdom, 40, Borini, 67, Şelvi, 76; 88.
B qrupu
Hapoel (Təl Əviv, İsrail) – Atletico (İspaniya) - 0:3 (0:2)
Qollar: Rodriqes, 37, Kosta, 41, Qarsiya, 63.
Viktoria (Çexiya) - Academica (Portuqaliya) - 3:1 (0:1)
Qollar: Horvat, 47, Duriş, 58, Raytoral, 80 - Eduardo, 19.
C qrupu
AEL (Kipr) – Borussia (Münhenqladbax, Almaniya) - 0:0 (0:0)
Fenerbahce (Türkiyə) – Olympique (Marsel, Fransa) - 2:2 (1:0)
Qollar: C.Erkin, 28, Aleks, 57 - Valbuena, 83, Ayev, 90+4.
D qrupu
Bordeaux (Fransa) – Brugge (Belçika) - 4:0 (2:0)
Qollar: Sane, 13, Qufran, 27, Engels, 47-öz qapısına, Yussie, 66.
Maritimo (Portuqaliya) – Newcastle (İngiltərə) - 0:0 (0:0)
E qrupu
Copenhagen (Danimarka) – Molde (Norveç) - 2:1 (1:1)
Qollar: Klaudemir, 20, Kornelius, 74 - Diouf, 45+1.
Stuttgart (Almaniya) - Steaua (Rumıniya) - 2:2 (1:1)
Qollar: İbişeviç, 5, Nyedermeyer, 85 - Çipkyu, 6, Rusesku, 80-pen.
F qrupu
Dnepr (Ukrayna) - PSV (Hollandiya) - 2:0 (0:0)
Qollar: Mateus, 50, Hutkinson, 58-öz qapısına.
Napoli (İtaliya) - AIK (İsveç) - 4:0 (1:0)
Qollar: Varqas, 6; 46; 69, Dzemaili, 90.
G qrupu
Genk (Belçika) - Videoton (Macarıstan) - 3:0 (1:0)
Qollar: Fossen, 22, Buffel, 78, De Kuler, 90+2.
Sporting (Portuqaliya) – Basel (İsveçrə) - 0:0 (0:0)
H qrupu
Inter (İtaliya) - Rubin (Rusiya) - 2:2 (1:1)
Qollar: Livaya, 39, Naqatomo, 90+2 - Ryazantsev, 18, Rondon, 84.
Partizan (Serbiya) – NEFTÇİ (AZƏRBAYCAN) - 0:0 (0:0)
I qrupu
Athletic (İspaniya) – Hapoel (Kiryat Şmona, İsrail) - 1:1 (1:1)
Qollar: Susaeta, 40 - Roşet, 14.
Olympique (Lion, Fransa) - Sparta (Çexiya) - 2:1 (0:0)
Qollar: Qomis, 59, Lisandro, 62 - Kreyçi, 77.
J qrupu
Maribor (Sloveniya) – Panathinaikos (Yunanıstan) - 3:0 (1:0)
Qollar: Beriç, 25, İbraimi, 62, Tavares, 88-pen.
Tottenham (İngiltərə) – Lazio (İtaliya) - 0:0 (0:0)
K qrupu
Bayer (Almaniya) – Metallist (Ukrayna) - 0:0 (0:0)
Rapid (Avstriya) – Rosenborg (Norveç) - 1:2 (0:1)
Qollar: Katser, 66, Alar, 70-pen - Elyunussi, 18.
L qrupu
Twente (Hollandiya) – Hannover (Almaniya) - 2:2 (1:0)
Qollar: Yanssen, 7, Çadli, 54 - Sobiex, 67, Vizqerhof, 73-öz qapısına.
Levante (İspaniya) – Helsingborg (İsveç) - 1:0 (1:0)
Qol: Xuanfran, 40.
