17 sentyabr 2012 11:06
Böyükağa Hacıyev: Neftçi Serbiyaya qələbə üçün gedir
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 5-ci turunun “Xəzər Lənkəran”la oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Xəzər Lənkəran”la oyunu “Neftçi” üçün necə dəyərləndirərdiniz?
- Mənə elə gəlir ki, bu qələbə komandaya əlavə motivasiya qazandıracaq. Böyük oyun həmişə belə olur. Yetirmələrimin hesabda geri düşdüyü oyunda dönüş yarada bilməsi sevindirməyə bilməz. Amma onu da qeyd etmək istəyirəm ki, biz bu oyunda tam gücümüzü nümayiş etdirmədik. Bilirdik ki, oyunu “Partizan”ın məşqçisi də izləyir. Ona görə də bütün kartlarımızı açmaq istəmədik. Fikrimcə, həmkarlarım məni başa düşərlər. “Partizan”la oyun Serbiyada olacaq və məhz orda biləcəklər ki, “Neftçi” nəyə qadirdi.

- Qol buraxandan sonra komandanın əzmkar qələbə qazanmasına nə kömək etdi?
- Uşaqlar ikinci hissə ilk yarı ilə müqayisədə daha yaxşı oyun nümayiş etdirdilər. “Xəzər Lənkəran” bu oyuna əla motivasiya ilə çıxmışdı. Onları da başa düşmək olardı. Çünki indi hər komanda “Neftçi”yə qarşı ikiqat güclə oynayır. Amma yetirmələrim psixoloji cəhətdən hər şeyə hazır idilər. Hətta hesabı qonaqların açması yaxşı oldu ki, vaxtında da toparlandıq. “Xəzər Lənkəran”la oyun Avroliqa öncəsi komandam üçün əla sınaq oldu. Onu da etiraf etməliyəm ki, cənublulardan daha artığını gözləyirdim.

- “Partizan” öz məşqçisini sizin oyununuza göndərmişdi. Bəs siz niyə eyni addımı atmadınız?
- “Neftçi” “Partizan”ın məşqçisi üçün hər cür şərait yaratmışdı ki, oyunu VİP-lojadan izləyə bilsin. Bizə gəlincə, rəqibin bir sıra oyunlarını izləyəndən sonra onlar barədə bütün məlumatları əldə edə bilmişik. Son beş oyunlarına baxmışam. Çox yaxşı komandadı. Gördüklərim mənə bəsdi. “Neftçi” bu komanda ilə səfər matçına hazır olacaq.
- “Partizan”ın heyətində kimi qeyd edə bilərsiz?
- Saşa İliçi xüsusi qeyd edərdim. Əlbəttə, onun ən yaxşı illəri arxada qalıb. Amma yenə də təhlükəli oyunçudu. Ümumiyyətlə, “Partizan” böyük tarixə malik komandadı. Çoxlu hücum etməyi sevirlər, rəqib qapıçıları uzaqdan zərbələrlə tez-tez narahat edirlər. Bizə çətin olacaq. Amma biz də qrup mərhələsindəki ilk oyunumuzda qələbə qazanmağı hədəfləmişik. Serbiyaya da məhz bunun üçün yollanacağıq.

- Bir neçə il öncə Bakı “İnter”i də bu komanda ilə qarşılaşmışdı. Onlardan bu rəqib barədə soruşmusuz?
- Bu müddət ərzində “Partizan”ın heyəti çox dəyişib. Buna görə də kimdənsə nəsə soruşmaq lazım deyil. Mənə sadəcə onların bəzi oyunlarına baxmaq lazım idi və elə düşünürəm ki, istədiyim informasiyanı toplaya bilmişəm. İndi bizə standart vəziyyətlər üzərində daha çox işləmək lazımdı. İstəyirəm ki, “Neftçi” bu oyunda hər şeyə hazır olsun. İlk oyunda məhz “standartlar” bizə çox kömək edə bilər.

- Bəs digər rəqiblərinizlə maraqlanmırsız?
- “Rubin”in oyunlarının videoyazısı stolumun üstündədi. Onlara hələ baxmamışam. Amma son oyunlarını canlı izləmişəm. Milan “İnter”i ilə “Partizan”la görüşdən sonra maraqlanacağam. İndi isə bizi daha çox serblərlə qarşılaşma düşündürür. Ardından isə “Sumqayıt” və Bakı “İnter”i ilə görüşlərə hazırlaşacağıq. Yalnız ondan sonra Milan “İnter”i ilə görüşü düşünmək olar. Özü də Premyer Liqadakı oyunlarımızın hamısını təyin olunan vaxtda keçirəcəyik. Hansısa oyunu təxirə salmaq söhbəti olmayacaq. Çünki belə olanda komandaya daha pis təsir edə bilər.

- Flavinyonun artıq əvvəlki formasını qaytardığını demək olar?
- O, həmişə Flavinyodu. Yaxşı futbolçudu və meydanda maksimum gücünü qoyur. Sadəcə, son dövrlər az qol vurur. Sərgilədiyi oyun isə ürəyimcədi. Qollarının da davamı gələcək.
- Millinin baş məşqçisi Berti Foqtsun “Neftçi”nin əksər oyunçularına dəvət göndərməməsini necə qarşıladınız?
- Mən Foqtsun işlərinə qarışa bilmərəm. Milli komandaya o rəhbərlik edir və kimi çağırmağa da ixtiyar sahibi özüdü. Ola bilsin ki, qarşıdakı oyunlarda mənim yetirmələrim də çıxış edəcək. Bəlkə geridə qalan oyunlarda “Neftçi”nin futbolçuları almana sadəcə lazım deyildi. Mən yetirmələrimin klubdakı çıxışından razıyam və mənim üçün ən əsas da budu.

- Yeri gəlmişkən, səhhətiniz necədi? Həkimlərlə əlaqə saxlayırsız?
- Bakıda mənə “Modern” hospitalının həkimləri çox kömək edirlər. Onlarla əlaqə saxlayırıq, lazım olan kimi müayinəyə gedirəm. Səhhətimlə bağlı indi hər şey qaydasındadı. İndi məni yalnız “Partizan”la oyun narahat edir. Çox istəyirəm ki, “Neftçi” Belqradda qələbə qazansın.