17 sentyabr 2012 00:11
“İnanıram ki, azarkeşlərimiz Neftçi ilə oyunda müsbət nəticə görəcəklər”
Serbiyanın “Partizan” klubunun yarımmüdafiəçisi Stefan Şkepoviç ölkə çempionatında “Hajduk”a qarşı keçirdikləri oyunu (5:2) şərh edərkən Avropa Liqasında “Neftçi” ilə qarşıdan gələn görüşə də toxunub. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Biz “Neftçi” ilə oyun öncəsi vacib qələbə qazandıq. İndi Avropa Liqasının qrup mərhələsinə də qələbə ilə başlamaq istəyirik. İnanıram ki, azarkeşlərimiz “Neftçi” ilə oyunda müsbət nəticə görəcəklər”.
Qeyd edək ki, “Neftçi”nin “Partizan”la ilk oyunu sentyabrın 20-də baş tutacaq.