18 sentyabr 2012 00:53
Sinişa Mihayloviç Neftçinin oyununu izləyəcək
Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçiriləcək “Partizan” – “Neftçi” oyununu Sinişa Mihayloviç də izləyəcək. Futbol üzrə Serbiya yığmasının baş məşqçisi bəyan edib ki, o, Belqrad təmsilçisinin Azərbaycan çempionu ilə görüşünü canlı izləməyə qərar verib.
Qeyd edək ki, “Partizan”da Serbiya yığmasının bir sıra futbolçuları çıxış edir. Mihayloviçin də bu oyunu izləməsində əsas məqsədi onları iş başında görməkdi.
Qeyd edək ki, “Partizan” – “Neftçi” oyunu sentyabrın 20-də Belqradda keçiriləcək.
Qeyd edək ki, “Partizan” – “Neftçi” oyunu sentyabrın 20-də Belqradda keçiriləcək.
