18 sentyabr 2012 13:03

Rəşad Sadıqov: Bu ənənəyə son qoymağın zamanı gəlib çatıb

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində son turda AZAL-a məğlubiyyətdən (2:6), eləcə də Qurban Qurbanovun istefasının gündəmə gəlməsindən danışıb.
 
- AZAL-la oyunda nə baş vermişdi?
- Oyun göstərdi ki, biz rəqibdən fərqli bu görüşə yaxşı hazırlaşa bilməmişdik. AZAL bu oyuna üç həftə hazırlaşmışdı. Həmin vaxt bizim komandanın özəyi də milli komandaların düşərgəsindəydi. Onlar “Qarabağ”ın oyunlarını yaxşı analiz etmişdilər. Biz isə təəssüf ki, yox.
 
- Bu məğlubiyyəti ancaq hazırlıqla bağlayırsız?
- Təkcə bu deyil. Bizi yalnız rəqibin iki erkən qolu məhv etdi. Həmin qollar bizim üçün çox gözlənilməz alındı. Nəticədə hücuma atıldıq, rəqib isə əlinə düşən hər imkanı qola çevirdi.
 
- İndi necə olacaq?
- Əlbəttə, ilk növbədə bu məğlubiyyəti mümkün qədər tez unutmağımız lazımdı. İrəli getmək üçün başqa yolumuz yoxdu.
 
- 5:0, 6:0 hesablı qələbə bu məğlubiyyəti unutdurar?
- Mən başqa cür düşünürəm. Əgər mövsümün sonunda çempion olsaq, kuboku qazansaq, 2:6-nı hamı unudacaq.
 
- Sizcə, bu yenilgidə günahkar kimdi: komanda ya məşqçi?
- Komanda. Bu məğlubiyyətə görə məsuliyyəti biz daşıyırıq, Qurban Qurbanov yox.
 
- Yeri gəlmişkən, bu, “Qarabağ”ın millinin oyunlarından sonrakı ilk uğursuzluğu deyil...
- Təəssüf ki, belə bir uğursuz ənənə yaranıb. “Qarabağ”ın 7 futbolçusu milli komandaların düşərgəsindən qayıtmışdı. Məncə artıq bu xoşagəlməz ənənəyə son qoymağın zamanı gəlib çatıb.
 
- Nə məsləhət görürsüz?
- Yığmaya çağırılmayan futbolçulara üstünlük vermək olar. Və ya yığmadan qayıdanların arasında kimlər daha yaxşı formadadırsa, onlardan.
 
- Qurbanovun başqa kluba keçəcəyinə dair xəbərlər dolaşır...
- Bunlar hamısı şayiədi. Qurbanovun istefa vermək istəməsində təəccüblü nəsə yoxdu. Bu, onun xarakterindən irəli gəlir. O, oyunçu kimi də beləydi, məşqçi kimi də. Bütün məsuliyyəti üzərinə götürüb getmək istəyir. Amma məncə Qurbanov bu vəziyyətdən çıxış yolu tapacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.