18 sentyabr 2012 13:25
Nəsirli və Budaqov dubl etdi, yığmamız qələbə qazandı
Ukraynanın Simferepol şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamız "Stalker" klubu ilə qarşılaşıb.
Yığmamız Ruslan Nəsirli və Bayram Budaqovun dublu sayəsində 4:1 hesablı qələbə qazanıb.
