18 sentyabr 2012 13:46
Əvəzedicilərin də cəzaları bəlli oldu
Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Bakı” – “Turan” matçında “Turan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Rəvan” – “Simurq” matçının 75-ci dəqiqəsində “Simurq”un futbolçusu Arzuman Nəsibov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.
“Kəpəz” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 90+5-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Elmar Əhmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.
