18 sentyabr 2012 13:54
AFFA-dan baş məşqçiyə 5 oyunluq cəza
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Azərbaycan birinci divizionunun 2-ci turunun oyunlarında qeydə alınan qanun pozuntularına da hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb:
“Bakılı” – “Qala” matçında “Bakılı”nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 33-cü dəqiqəsində “Qala”nın futbolçusu Yevgeni Myakov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Matçın 86-cı dəqiqəsində “Bakılı”nın inzibatçısı Babək Mahmudov hakimə qarşı təhqiredici hərəkətə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Bakılı” klubunun baş məşqçisi Asəf Namazov hakim-inspektoru təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.
