18 sentyabr 2012 14:00
PFL XL – Simurq matçı ilə bağlı rəsmi qərarını açıqladı
Azərbaycan Premyer Liqasının 4-cü turunun təxirə salınmış "Xəzər Lənkəran" - "Simurq" oyunu ilə bağlı suallara nəhayət ki, aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, qarşılaşma 20 sentyabr tarixində keçiriləcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq oyunun başlama vaxtı 17:00-dı. Artıq bu barədə məlumatı Peşəkar Futbol Liqasının rəsmi saytı da təsdiqləyib.
Qeyd edək ki, “Simurq”un rəsmi saytı ötən gün bu görüşün Zaqatalada keçiriləcəyi barədə məlumat yaymışdı.
