18 sentyabr 2012 15:28
Neftçi artıq Belqraddadı
Xəbər verdiyimiz kimi, Azərbaycan çempionu “Neftçi” bu gün səhər Serbiyaya yola düşüb. Azerisport.az xəbər verir ki, sentyabrın 20-də Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində səfərdə bu ölkənin “Partizan” klubunun qonağı olacaq təmsilçimiz artıq mənzil başına çatıb.
Qeyd edək ki, “Neftçi” bu gün Belqradda ilk məşqinə çıxacaq. Komandamızın oyunun keçiriləcəyi “Partizan” stadionundakı məşqi isə sabah baş tutacaq.
