18 sentyabr 2012 17:12
PFL Premyer Liqanın yeni sponsoru ilə sabah müqavilə bağlayacaq
Sabah - sentyabrın 19-da Peşəkar Futbol Liqası və Topaz arasında Azərbaycan Premyer Liqasının titul sponsorluğu müqaviləsi imzalanacaq. Azerisport.az xəbər verir ki, “Park İnn” mehmanxanasının “Dan ulduzu” zalında keçiriləcək mərasim saat 15:00-da başlayacaq.
Tədbirdə Fransanın "Lans" klubunun keçmiş prezidenti və Fransa Futbol Federasiyasının vitse-prezidenti Jerve Martel, həmçinin keçmiş futbolçular - Jan Pyer Papen, Olivye Dakur və Jüslen Blonşar iştirak edəcəklər.
