18 sentyabr 2012 17:33

Flavinyo: Avroliqanın final mərhələsinə adlamaq üçün əlimdən gələni edəcəm

“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Xəzər Lənkəran”la çempionat oyununda elə təəssürat yaranırdı ki, komanda daha çox “Partizan”la görüşü düşünür...
- Bu, normaldı. “Neftçi” ilk dəfədi belə bir turnirdə çıxış edir. Hamı məhz “Partizan”a qarşı yaxşı oynamağımızı istəyir. Çünki Avroliqanın qrup mərhələsindəki ilk oyunumuz kimi tarixə düşəcək. Premyer Liqanı da unutmuruq. Növbəti çempionluq və Çempionlar Liqasına vəsiqə barədə düşünürük.
 
- “Xəzər Lənkəran”la “Partizan” arasında nə kimi müqayisə aparmaq olar?
- Belə müqayisəyə ehtiyac yoxdu. Yəni futbolda çox şey olur. Biz Çempionlar Liqasında İsrail “Maccabi”sinə uduzduq. Amma ondan da güclü APOEL səddini keçməyi bacardıq.
 
- Qrup mərhələsindəki debüt oyununuz haqda nə düşünürsüz?
- Qorxusuz oynayacağıq. Kiprdə göstərdiyimiz oyunu nümayiş etdirmək istəyirik.
 
- Qorxusuz oynamaq alınacaq?
- Biz rəqibimizdən qorxmuruq. Düzdü, həyəcan olacaq. Amma bu, normaldı. Çünki bu, turnirin əsas mərhələsidi.
 
- APOEL-ə qarşı keçirdiyiniz oyunu təkrarlaya bilməsəz necə?
- İstənilən halda qələbə qazanmaq istəyirik.
 
- Əgər “Neftçi” “Partizan”ı səfərdə məğlub etmək istəyirsə, deməli, hədəf yüksəkdi?
- Mərhələ keçmək üçün ən azı ikinci yeri tutmağımız lazımdı. Biz bunu mümkünsüz saymırıq.
 
- Belə bir mövsümdən sonra gələcək karyeranızla bağlı hansı planlarınız var?
- Hələ gələcək karyeramdan danışmaqda çətinlik çəkirəm. Mənim “Neftçi” ilə müqaviləm var, bu komandanın üzvüyəm. Komandamın final mərhələsinə adlaması üçün əlimdən gələni edəcəm.
 
- Bunu bu mövsüm etmək fikrindəsiz?
- Bəli, söhbət bu mövsümdən gedir.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.