18 sentyabr 2012 17:58
Partizan – Neftçi oyununa bütün təyinatlar açıqlandı
UEFA Avropa Liqasının qrup mərhələsində "Neftçi"nin Serbiya “Partizan”ına qarşı keçirəcəyi ilk oyunun bütün təyinatları müəyyənləşib. Azerisport.az həmin təyinatlarla sizi də tanış edir.
Qeyd edək ki, qarşılaşmanı çexiyalı hakimlər idarə edəcəklər. Baş hakim Libor Kovarik olacaq.
Matçın UEFA nümayəndəsi Almaniya, hakim-inspektoru isə İspaniyadandı.
"Partizan" (Serbiya) – "Neftçi"
20 sentyabr. Belqrad. Partizan stadionu
Baş hakim: Libor Kovarik
Baş hakimin köməkçiləri: Patrik Filipek, Jiri Molaçek
Dördüncü hakim: Antonin Kordula
Baş hakimin əlavə köməkçiləri: Radek Prihoda, Tomas Kocourek
(Hakimlər briqadası Çexiyadandır)
UEFA nümayəndəsi: Michael Kirchner (Almaniya)
Hakim-inspektor: Manuel Lopez Fernandez (İspaniya)
