18 sentyabr 2012 18:09

“Çalışacağıq çempionatın sonunda da turnir cədvəlinin lideri olaq”

Premyer Liqanın V turu maraqlı və gərgin qarşılaşmalarla yadda qaldı. Azerisport.az xəbər verir ki, ən gözlənilməz nəticə AZAL - "Qarabağ" matçında qeydə alındı.
 
"Təyyarəçilər"in Ağdam təmsilçisi üçərində 6-2 hesabı ilə inamlı qələbə qazanması futbol ictimaiyyətinin diqqətini AZAL-a yönəltdi. Hazırda 10 xalla turnir cədvəlinin lideri olan AZAL-ın "Qarabağ"la oyundakı qəhrəmanlarından biri Zohair Benouahi açıqlamasında uğurların ardının gələcəyinə inandığını söyləyib:
 
“AZAL ötən tur “Qarabağ” üzərində möhtəşəm qələbə qazandı. AZAL peşəkar futbolçulardan təşkil olunmuş güclü komandadır. “Qarabağ” üzərində qələbə qazanmağımızın əsas səbəbi oyun boyu nizam-intizamı itirməməyimiz oldu. Həmin oyunda qol vurduğum üçün şadam. Cari mövsüm yeni başlayıb. Cəmi 4 tur geridə qalıb. Düzdür, AZAL hazırda turnir cədvəlinin lideridir, ancaq qarşıda uzun və çətin yol var. Biz çalışacağıq ki, çempionatın sonunda da AZAL turnir cədvəlinin lideri olsun. Komandanın heyətində yüksək fərdi bacarığa malik futbolçular var. Çempionatda uğurlu start götürdük. 4 oyuna topladığımız 10 xalla ilk pillədə yer alırıq. Bunun davamının da gələcəyinə inanıram”.
 
“Cari mövsüm mənim üçün də uğurlu başladı. Rəqib qapılarına 4 qol vura bilmişəm. İnanıram ki, yenə də qollar vuracam. Ancaq mən qol vurmaqdan daha çox ötürmə verməyi üstün tuturam. Növbəti turda “İnter” ilə qarşılaşacağıq. Rəqibimiz güclü komandadır, çox yaxşı futbolçuları var. Mənim keçmiş komanda yoldaşım Tales Şütz də “İnter”in şərəfini qoruyur. Şütz çox yaxşı futbolçudur. Onun yeni komandası ilə uğur qazanacağına inanıram. “İnter”lə oyunda da əlimizdən gələni edib turnir cədvəlindəki mövqeyimizi qorumağa çalışacağıq”. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.