18 sentyabr 2012 18:23
Neftçini Serbiyada Vladimir Miçoviç qarşıladı
Azərbaycan çempionu “Neftçi”ni Belqradda keçmiş futbolçusu Vladimir Miçoviç qarşılayıb. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Partizan”la qarşılaşmaq üçün Serbiyaya yola düşən təmsilçimizi aeroportda məhz Miçoviç qarşılayıb.
O, komanda üzvləri, eləcə də baş məşqçi Böyükağa Hacıyevlə söhbətləşib, onlara uğurlar arzulayır.
Qeyd edək ki, Miçoviç uzun illər “Neftçi”nin qapısını qoruyub.
