18 sentyabr 2012 18:37
Georgi Adamiya 3 aylıq sıradan çıxıb
Yay transfer dönəmində “İnter”ə transfer olunan Giorgi Adamiyanın "Sumqayıt"la oyundan əvvəl məşqlərin birində ciddi zədə aldığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, topuğundan zədə alan gürcüstanlı futbolçu ən azı 2 ay məşq etməyəcək və 3 ay meydana çıxmayacaq.
Sabah Georgi Almaniyaya yola düşəcək və orada əməliyyat olunacaq.
Qeyd edək ki, əməlliyat Münhen şəhərinin tibb mərkəzlərinin birində keçiriləcək.
