18 sentyabr 2012 19:20
Neftçi Serbiyada Heydər Əliyevin abidəsini ziyarət etdi (FOTO)
Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində "Partizan" klubu ilə qarşılaşacaq "Neftçi" PFK bu gün Serbiyaya yola düşüb. Azerisport.az xəbər verir ki, komandamızı aparan təyyarə səhər saatlarında Belqrada enib.
Daha sonra komanda üzvləri Belqradın "Taş meydanı" adlanan ərazisindəki parkda Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin abidəsini ziyarət ediblər. Klub rəhbərliyi, məşqçilər və futbolçular H.Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Xatırladaq ki, "Partizan" - "Neftçi" oyunu sentyabrın 20-də Bakı vaxtı ilə saat 00.05-də başlayacaq.
