18 sentyabr 2012 11:06

Saşa Stamenkoviç: Partizan ilə oyunda hər şeyə hazıram

“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ına qarşı səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Serbiyaya hansı hisslərlə yollanırsız?
- Ən müsbət. Axı evinə getmək həmişə yaxşı olur.
 
- Amma sizi “Crvena Zvezda”da oynadınız ən prinsipial rəqibiniz olmuş “Partizan”la görüş gözləyir...
- Bizim üçün çətin olacaq. Amma burda qorxulu heç nə yoxdu. Mən özümə güvənirəm. Psixoloji cəhətdən də hər şeyə tab gətirməyə hazıram. “Partizan”a qarşı bir neçə dəfə oynamışam. Ona görə də yerli tribunalara bələdəm. Ola bilsin ki, məni çox təhqir edəcəklər. Xoş olmasa da, bütün bunlara hazıram.
 
- Ümumiyyətlə, bu rəqib barədə nə deyə bilərsiz?
- “Partizan”ın çox güclü heyəti var. Çox sürətli futbol sərgiləyirlər. Amma əsas odu ki, stadion tam dolu olacaq. Azarkeşlər öz komandalarını əvvəldən sona qədər hücuma səsləyirlər.
 
- Elə isə “Neftçi” bu oyunda necə çıxış etmək fikrindədi?
- Kiprdə necə çıxış etmişdiksə, elə. Tam olaraq oyuna köklənmək lazımdı. O zaman qələbə qazana bilərik. Niyə də olmasın?
 
- Sizcə, “Crvena Zvezda” azarkeşləri bu oyuna gələr?
- Xeyr. Düşünmürəm ki, onlar bu oyuna gəlsinlər.
 
- Bu oyunu sizin üçün xüsusi saymaq olar?
- Şübhəsiz. Mən “Crvena Zvezda”nın yetirməsiyəm. Azərbaycan çempionatında bir klubdan digərinə keçə bilərsən. Amma Serbiya çempionatında bunu edə bilmirsən.
 
- Sizi bu oyunda hansı nəticə qane edir?
- Uduzmayacağımız istənilən nəticə. Heç-heçə də olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.