18 sentyabr 2012 11:23
Neftçi Serbiyaya yola düşdü
Azərbaycan çempionu “Neftçi” Serbiyaya yola düşüb. Azerisport.az xəbər verir ki, sentyabrın 20-də Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində səfərdə bu ölkənin “Partizan” klubunun qonağı olacaq təmsilçimiz səfərə məhz bu gün yollanıb.
Komandamız Belqrada çarter reysi ilə yollanıb. Uzun müddətdi sıradan çıxan və hazırda zədəsini sağaltmaqla məşğul olan Bahodir Nasimov da komanda ilə birgə səfərə gedib. Onunla yanaşı cəzalı Elvin Yunuszadə də komanda yoldaşlarına dəstək vermək şansını qaçırmayıb.
